...

Azərbaycan prezidenti Qırğızıstanın Müstəqillik günü münasibətilə ölkə başçısına təbrik məktubu göndərib

Siyasət Materials 30 Avqust 2006 16:07 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstan Respublikasının Müstəqillik günü münasibətilə ölkə başçısı Kurmanbek Bakiyevə təbrik məktubu göndərib.

Məktubda dövlət başçısı əminliyini bildirir ki, Azərbaycan və Qırğızıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcək.

İlham Əliyev prezidentə və dost Qırğızıstan xalqına sülh, firavanlıq və tərəqqi arzu edib.

Xəbər lenti

Xəbər lenti