...

BVF Azərbaycan hökümətinin iqtisadi inkişaf üzrə məqsədlərinin mühüm olduğunu hesab edir

Siyasət Materials 4 Sentyabr 2006 12:54 (UTC +04:00)
BVF Azərbaycan hökümətinin iqtisadi inkişaf üzrə məqsədlərinin mühüm olduğunu hesab edir

Yaxın Şərq və Orta Asiya ölkələri ilə iş üzrə departamentin direktor müavini Vitali Kramarenkonun başçılığı ilə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası sentyabrın 1-dən Azərbaycanın makroiqtisadi siyasəti üzrə danışıqlara başlayıb.

BVF-in Bakı nümayəndəliyinin başçısı Bazel Zavoyko Trend ə xəbər verib ki, avqustun 30-dan Fondun ekspertləri texniki danışıqlara başlayıb, dünəndən isə V.Kramarenko həmin danışıqlara qoşulub.

"Bizi ölkənin makroiqtisadi sabitliyi, ən əsas göstəricilərin inkişafı, eyni zamanda inflyasiya prosesləri maraqlandırır. Və biz gələcək inkişaf üçün ən müsbət yolların müəyyən edilməsi üçün fikir mübadiləsi aparacağıq. Hökümətin iqtisadi inkişaf, yoxsulluğun azaldılması üzrə öz məqsədləri var və biz onların çox mühüm olduğunu hesab edirik, lakin eyni zamanda inflyasiyanın artım tempi mümkün qədər eyni səviyyədə saxlanmalıdır", - deyə B.Zavoyko qeyd edib.

BVF missiyası çərçivəsində gələcək əməkdaşlıq proqramının müzakirəsi ölkə hökümətinin istəyindən asılı olacaq. "Əgər hökümət istəsə, biz hər zaman danışıqlara başlamağa hazırıq, əgər istəməsə, biz gözləməyə hazırıq", - deyə nümayəndəliyin başçısı qeyd edib.

Onun sözlərinə görə, V.Kramarenkonun bu səfəri zamanı "BVF haqqında" Sazişin II maddəsi üzrə danışıqların aparılacağı gözlənilmir. "Əvvəlki danışıqlar 2006-cı ilin fevral ayında baş tutmuşdu və biz növbəti danışıqların 2007-ci ildə də həmin qrafikdə olacağını gözləyirik", - deyə o bildirib.

"BVF-in İcra şurası ilin sonunda icmalın keçiriməsini tələb edir. Bu səfər, əsas etibarilə, 2007-ci il üçün dövlət büdcəsinin hazırlanması ilə bağlıdır, çünki hazırda hökümət gələn il üçün büdcə hazırlayır və biz, hökümətlə bu prosesin ən əsas məqamlarını razılaşdırmaq üçün hər zaman sentyabrda gəlməyə çalışırıq", - deyə B.Zavoyko vurğulayıb. Missiya səfərinin yekunlarına görə hökümətə tövsiyyələr təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti