İsrail Azərbaycanın öz sülhməramlılarını münaqişə zonasına göndərməsi qərarından məmnun olardı. Trend in xəbər verdiyi kimi, bu barədə sentyabrın 4-də jurnalistlərə İsrailin Azəraycandakı səfiri Artur Lenk bəyan edib.
"Bu, Azərbaycan rəhbərliyinin qərarından asılıdır. Düşünürəm ki, beynəlxalq icitmaiyyət kimi, Azərbaycan da regionda sabitliyin bərqərar olmasında maraqlıdır",- deyə o qeyd edib.
Səfirin sözlərinə görə, Azərbaycan sülhyaratma əməliyyatları sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan Silahlı Qüvvələri Əfqanıstan, Kosovo və İraqda keçirilmiş sülhyaratma əməliyyatlarında iştirak edib. "Əgər Azərbaycan bu regiona öz əsgərlərini göndərmək qərarına gələrsə, bu ölkə ilə yaxşı münasibətlərə malik olan İsrail həmin qərardan məmnun olardı", deyə o bəyan edib.
Diplomat hesab edir ki, beynəlxalq qüvvələrin sıralarında islam dünyasından Türkiyə və Azərbaycan kimi nüfuzlu ölkələrin sülhməramlılarının olması beynəlxalq ictimaiyyət üçün yaxşı mesaj olardı.