...

Tahir Tağızadə: Azərbaycan Ermənistanın beynəlxalq təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirməsi məsələsini qaldırmaq hüququnu özündə saxlayır

Siyasət Materials 6 Sentyabr 2006 12:35 (UTC +04:00)

Azərbaycan Ermənistanın beynəlxalq təşkilatlar qarşısında öhdəliklərinin yerinə yetirilməsi məsələsini qaldırmaq hüququnu özündə saxlayır. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat və informasiya idarəsinin rəisi Tahir Tağızadə bildirib.

Qeyd edək ki, Ermənistanın XİN başçısı Vardan Oskanyan bildirib ki, əgər Bakı BMT-də Qarabağ məsələsinin müzakirəsinə təşəbbüs göstərərsə, sentyabrın ortalarına nəzərdə tutulmuş Azərbaycan və Ermənistan XİN başçılarının görüşü baş tutmaya bilər.

T.Tağızadənin sözlərinə görə, Azərbaycan kimi, Ermənistanın da beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və ilk növbədə Avropa Şurası qarşısında öhdəlikləri var. "Əgər cənab nazir bölgədə sülh prosesinin hansısa digər amillərlə inkişafına aid bəyanatlar verirsə, o zaman Azərbaycan bölgədə yanğınla bağlı məsələnin də aid olduğu real vəziyyət haqqında, həmçinin Ermənistanın beynəlxalq təşkilatlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi haqqında məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmaq hüququnu özündə saxlayır", - deyə T.Tağızadə bildirib.

Qeyd edək ki, BMT-nin Baş Assambleyasında sentyabrın 5-nə təyin olunmuş Azərbaycanın işğal altında olan ərazilərinin vəziyyəti haqqında müzakirələr sentyabrın 6-na keçirilib.

Xəbər lenti

Xəbər lenti