...

İlham Əliyev: Bakıda imzalanmış Azərbaycan-Ukrayna Birgə bəyannaməsi dövlətlərarası əməkdaşlıq səviyyəsini nümayiş etdirir

Siyasət Materials 8 Sentyabr 2006 11:16 (UTC +04:00)

Azərbaycan və Ukrayna arasında çox fəal siyasi dialoq mövcuddur və bu, yaxşı nəticələr verir. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Viktor Yuşenko ilə Bakıda birgə mətbuat konfransında bildirib. "İmzalanmış Birgə bəyannamə dövlətlərarası əməkdaşlıq səviyyəsini nümayiş etdirir və bu əməkdaşlığı möhkəmləndirir", - deyə o bildirib.

Ukrayna prezidenti Viktor Yuşenko qeyd edib ki, qəbul olunmuş Birgə bəyannamə ölkələrə bir çox məsələləri həll etməyə imkan verir.

O bildirib ki, yəqin ki, sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev Ukraynada "Babiy Yar" faciəsinin 65-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

"Bu, Kiyevin 120 min sakininin faciəsidir", - deyə o bildirib.

Ukrayna başçısı həmçinin vurğulayıb ki, imzalanmış Birgə bəyannamə 1932-33-cü illərdəki aclığın Azərbaycan parlamenti tərəfindən qəbul olunması haqqında danışıqlar aparmağa imkan verir. "Bu, 10 milyonlarla insanın faciəsidir və hamı bu barədə bilməlidir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti