...

Azərbaycan və Ermənistanın XİH başçılarının görüşməsinə ehtiyac yoxdur

Siyasət Materials 8 Sentyabr 2006 12:27 (UTC +04:00)
Azərbaycan və Ermənistanın XİH başçılarının görüşməsinə ehtiyac yoxdur

Sentyabrın 12-də Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Sentyabrın 13-də Londonda həmsədrlərlə Azərbaycanın XİH başçısı görüşəcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri ilə görüşməyə ehtiyac yoxdur. "Biz indi həmsədrlərlə mövqeləri dəqiqləşdirməli, ideyalar üzərində işləməliyik", - deyə o qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə hər hansı yeni təkliflərin irəli sürülməsi məsələsinə gəlincə, E.Məmmədyarov qeyd edib ki, həmsədrlərlə iş tərəflərin indiyədək işlədikləri istiqamətdə davam etdiriləcək.

"Biz əsas prinsiplər üzərində işləməyə çalışacağıq. Və həmsədrlərin özlərinin fikri, onların hansı təklifləri verəcəyi, kompromis yolu ilə bu məsələni yerindən tərpədəcək yolları tapmaq mənim üçün maraqlı olacaq", - deyə E.Məmmədyarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti