...

Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi: AŞPA-nın yeni həmməruzəçisi oktyabrın 30-da Bakıya gələcək

Siyasət Materials 8 Sentyabr 2006 17:04 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd oktyabrın 30-dan noyabrın 3-nə qədər Bakıda olacaqlar. Bu barədə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia Trend ə eksklüziv olaraq bildirib.

O qeyd edib ki, səfər zamanı Azərbaycan hökümətinin, vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də jurnalistlərlə görüşlər keçiriləcək. D.Bribosia əlavə edib ki, səfərin məqsədi son aylar Azərbaycanda baş verən hadisələr barədə Parlament Assambleyasına məlumat verməkdən ibarətdir. Həmməruzəçilər AŞPA-ya təqdim etmək üçün hesabat hazırlayırlar. AŞPA ya bu hesabatı qəbul edəcək, ya da bu sənəddə hər hansı dəyişikliklərin edilməsi haqqında qərar çıxaracaq.

D.Bribosia hesab edir ki, bu hesabat çox mühümdür, çünki burada Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin nə dərəcədə yerinə yetirməsi barədə məsələyə dair Avropa parlamentarilərinin fikri əks olunub.

Xəbər lenti

Xəbər lenti