...

Azərbaycan prezidenti İlham Əliyev: İslam dünyası terrorla mübarizə aparmaq üçün bütün qüvvəsini birləşdirməlidir

Siyasət Materials 11 Sentyabr 2006 11:19 (UTC +04:00)
Azərbaycan prezidenti İlham Əliyev: İslam dünyası terrorla mübarizə aparmaq üçün bütün qüvvəsini birləşdirməlidir

Bəzi qüvvələr islamı terrorla əlaqələndirmək istəyirlər. İslam - dünyəvi və tolerant dindir. Biz sülh və əmin-amanlıq içində yaşamaq istəyirik və buna nail olacağıq. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrin turizm nazirlərinin beşinci konfransında çıxış edərkən bildirib.

"Bu gün - sentyabrın 11-dir. 5 il bundan əvvəl günahsız insanların həlak olduğu dəhşətli terror aktı baş verib. İslam dünyası bu faktı pisləyir. Biz terrorla mübarizə aparmaq üçün bütün qüvvələrimizi birləşdirməliyik. Heç bir halda terrorla təkbaşına mübarizə aparmaq olmaz", - deyə Azərbaycan prezidenti bildirib.

Dövlət başçısı öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə xüsusi diqqət ayırıb və, onun fikrincə, həmin problem bu gün bölgədə ən böyük problemdir.

"Təəssüf ki, problem indiyədək öz həllini tapmayıb. Azərbaycanın 20% ərazisi işğal altındadır. Ermənistanın apardığı etnik təmizləmə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub. Bu, böyük humanitar fəlakətdir", - deyə İlham Əliyev qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların bu məsələ üzrə qətnamə qəbul etməsinə baxmayaraq, problem indiyədək öz həllini tapmayıb. Bundan başqa, prezident qeyd edib ki, Azərbaycan Ermənistan tərəfindən terrorla qarşılaşıb, nəticədə çoxlu sayda insan həlak olub.

Xəbər lenti

Xəbər lenti