...

"Dalğa" hərəkatının sabiq sədri DİP Gənclər Təşkilatının rəhbəri təyin edilib

Siyasət Materials 11 Sentyabr 2006 16:01 (UTC +04:00)

"Dalğa" Gənclər Hərəkatının təsisçilərindən biri və sabiq sədri Ramin Hacılı bundan sonra öz fəaliyyətini Demokratik İslahatlar Partiyasının sıralarında davam etdirəcək. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

R.Hacılı artıq üzvlüklə bağlı partiyanın mərkəzi qərargahına müraciət edib və onun müraciəti partiya rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Partiya sədrinin sərəncamı ilə Ramin Hacılı Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının rəhbəri təyin edilib.

"Demokratik İslahatlar Partiyası cəmiyyətdə yeni kadrlara, xüsusilə də gənclərə üstünlük verməsi ilə digərlərindən fərqlənir. Gənclərə qayğı göstərmək, onların geniş dünyagörüşünə, dərin elmi biliklərə yiyələnməsinə şərait yaratmaq, peşəkar və mənəvi cəhətdən yüksək dəyərələrə malik şəxsiyyətlər kimi yetişməsinə yardım etmək bu partiyanın başlıca hədəflərindəndir. Bu partiyanın elitasında ölkədə və xaricdə yüksək təhsil almış savadlı gənclər, menecerlər təmsil olunub. Bütün bunlar isə mənə öz siyasi qabiliyyətlərimi üzə çıxarmaq, xalqımız və vətənimiz üçün dəyərli insana çevrilmək imkanları verir. Partiyanın istinad etdiyi liberal dəyərlər, ölkəmizin Avroatlantik məkana inteqrasiyası yolunda çalışmaq niyyətləri də məni bu partiyaya yaxınlaşdıran amillərdəndir" - deyə R.Hacılı müraciətində bildirib.

R.Hacılı onu da əlavə edib ki, partiyadakı fəaliyyəti onun gələcəkdə Azərbaycanda fəaliyyət göstərən digər gənclər təşkilatlarının işinin qurulmasına və ayrı-ayrı gənclərin təşkilatlanmasına yardım etməkdən çəkindirməyəcək.

Xəbər lenti

Xəbər lenti