Sentyabrın 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezərə telefonla zəng edib. Trend xəbər verir ki, dövlət başçısı Türkiyə prezidentini ad günü münasibətilə təbrik edib, ona Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Türkiyə prezidenti təbriklərə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.