Tovuz rayonunun əhalisi hər ay orta hesabla 100 nəfər artır. Bu barədə məlumatı Trend ə Tovuz rayon Statistika İdarəsinin rəis müavini Akif Zeynalov verib.
Onun sözlərinə görə, ilin əvvəlində rayon əhalisinin sayı 152 000 nəfər olduğu halda, avqust ayında bu göstərici 153 200 nəfərə çatıb. Zeynalov bildirib ki, rayonda miqrasiya saldosu böyük deyil. Yəni əhalinin artımı rayona gələnlərin sayına görə deyil, yeni doğulanların sayına görə yaranır.