...

Gəncədə yeni bakterioloji laboratoriya yaradılacaq

Siyasət Materials 16 Sentyabr 2006 12:18 (UTC +04:00)

Gəncədə yerləşən Ağ Ciyər Xəstəlikləri Dispanserində yeni regional bakterioloji laboratoryia yaradılcaq. Bu barədə məlumatı Trend ə dispanserin baş həkimi Əli Rüstəmov verib.

Onun sözlərinə görə, artıq labaratoriyanın proqramı hazırdır. Ədliyyə və Səhiyyə nazirlikləri proqram üzərində işləyirlər. "Hazırda regionda bakteriologi laboratoriya yoxdur, vərəm xəstələrini mikroskopiya üsulu ilə təyin edirik. Yeni yaradılan laboratoriyada isə bakteriologi üsulla vərəmli xəstələri daha tez təyin etmək mümkün olacaq" - deyən Əli Rüstəmov əlavə edib ki, bu laboratoriyadan həm həbsxanada olanlar, həmdə mülki əhali istifadə edə biləcək.

Xəbər lenti

Xəbər lenti