...

AMİP oktyabrın 4 və 6-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyası keçirəcək

Siyasət Materials 25 Sentyabr 2006 19:06 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) oktyabrın 4-də və 6-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Qeyd edək ki, AMİP-ə qərargah üçün yer ayrılması ilə bağlı müvafiq dövlət orqanlarına dəfələrlə müraciətlər edilməsinə baxmayaraq partiya hələ də qərargahla təmin olunmayıb. Partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucovun bildirdyinə görə, ötən həftə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AMİP-ə rəsmi cavab verilməli idi. Lakin partiyanın müraciəti bü dəfə də cavabsız qalıb.

AMİP qərargah probleminin həll edilməməsinə etiraz olaraq fasiləsiz aksiyalara başlamağa qərar verib. Bununla əlaqədar AMİP-in Siyasi Şurası sentyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi qərara alıb. Müraciətdə gələn həftənin üçüncü və beşinci günləri - oktyabrın 4-də və 6-da saat 13.00-da Əmlak Komitəsinin binası qarşısında piket keçiriləcəyi barədə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti