...

"Şiofok Konfransı"nın Bakıda başlayan iclasında XY plenar iclasa hazırlıq məsələləri müzakirə olunur

Siyasət Materials 27 Sentyabr 2006 15:08 (UTC +04:00)

Sentyabrın 27-də "Şiofok Konfransı"nın işçi qrupunun Bakıda başlayan iclasında Konfransın XY plenar iclasına hazırlıq məsələləri müzakirə olunur. Trend xəbər verir ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın sərhəd xidmətləri rəhbərlərinin işçi qrupunun iclasında 16 ölkənin sərhəd xidməti nümayəndəsi iştirak edir.

Gündəlikdə duran ikinci məsələ isə konfransın işçi qruplarının fəaliyyətinə həsr olunacaq.

Sentyabrın 28-də iclas iştirakçıları axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi zamanı sərhəd qurumlarının vəzifə və imkanlarını və digər məsələləri müzakirə edəcəklər.

İclasın işində Almaniya, Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İsveçrə, Latviya, Macarıstan, Rusiya, Rumıniya, Slovakiya, Sloveniya və Ukraynanın nümayəndələri iştirak edir.

Qeyd edək ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti 2001-ci ildən bu Konfransa qoşulub və qısa müddət ərzində onun fəal iştirakçılarından birinə çevrilib. Hazırda "Silah, döyüş sursatları və radioaktiv maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması üzrə" qrupun rəhbəridir.

Xəbər lenti

Xəbər lenti