...

Azərbaycan prezidenti Hindistanın ölkəmizdəki səfirini qəbul edib

Siyasət Materials 27 Sentyabr 2006 16:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Hindistanın səfiri Çyoti Svarup Pandeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Trend in xəbər verdiyi kimi, səfir Azərbaycanda işlədiyi dövrdə ona göstərilən köməyə görə minnətdarlığını bildirib.

Öz növbəsində, prezident İlham Əliyev qeyd edib ki, cənab Çyoti Svarup Pandenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan və Hindistan arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edib. Dövlət başçısı, həmçinin, hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti