...

Venesiya Komissiyası Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun üzrə hüquqi rəy hazırlayır

Siyasət Materials 28 Sentyabr 2006 11:12 (UTC +04:00)

Venesiya Komissiyasının ekspertləri oktyabrın 13-14-də Venesiyada plenar iclasda müzakirə olunacaq hüquqi rəy hazırlayırlar. Bu barədə Venesiya Komissiyasının seçki və islahatlar şöbəsinin eksperti Sergey Kuznetsov Trend ə eksklüziv olaraq bildirib.

O qeyd edib ki, həmin sənəd qəbul olunduqdan sonra Venesiya Komissiyasının ekspertləri və Azərbaycanın hökümət orqanlarının nümayəndələri arasında fikir mübadiləsi aparmaq üçün bir sıra görüşlər təşkil olunacaq. "Biz ümid edirik ki, komissiyanın tövsiyyələri sərbəst toplaşmaq azadlığı haqqında qanunda dəyişikliklərin hazırlanması zamanı nəzərə alınacaq", - deyə ekspert qeyd edib.

S. Kuznetsov həmçinin Azərbaycan höküməti tərəfindən Seçki Məcəlləsində təklif edilmiş dəyişiklikləri şərh edib. Ekspert bildirib ki, hazırda komissiya bu mətni öyrənir. Yaxın aylarda layihənin müəllifləri ilə görüş planlaşdırılır. "2004 və 2005-ci illərdə qəbul olunmuş tövsiyyələr və hüquqi rəy Venesiya komissiyası və ATƏT Demokratik institutlar və insan haqları üzrə Büronun seçki komissiyalarının tərkibi, seçki orqanlarının qərarlarına dair şikayətin verilməsi, xüsusi mürəkkəblərdən istifadə olunması və s. kimi mühüm məsələlər üzrə mövqeyini ətraflı şəkildə ifadə edib. Komissiya ekspertləri ümid edir ki, layihə üzərində gələcək birgə iş Məcəllənin Avropa Şurasının demokratik seçkilərin keçirilməsi sahəsindəki standartlarına uyğunlaşdırılmasına yardım edəcək", - deyə S.Kuznetsov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti