...

Milli Məclisin payız sessiyası işinə başlayıb

Siyasət Materials 2 Oktyabr 2006 15:28 (UTC +04:00)

Oktyabrın 2-də Milli Məclisin payız sessiyasının ilk iclası öz işinə başlayıb. Trend xəbər verir ki, iclasın gündəliyinə 25 məsələnin müzakirəsi daxil edilib.

Milli Məclisin spikeri Oqtay Əsədov millət vəkillərinin payız sessiyasının başlanması munasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Bundan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Millət vəkilləri Milli Məclisin 2006-cı il payız sessiyasının qanunvericilik işləri haqqında, Milli Məclisin daimi komissiyalarının tərkibində dəyişikliklərin edilməsi haqqında, Milli Məclisin parlamenlararası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklərin edilməsi haqqında, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında, "Azərbayücan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında", Azərbaycan Respublikasının Konstitusiya qanununa əlavələ və dəyişiklik edilməsi haqqında məsələləri müzakirə edərək qəbul ediblər.

Digər məsələlər lə bağlı müzakirələr davam edir.

Xəbər lenti

Xəbər lenti