Oktyabrın 3-də Strasburqda, Mark Bloşa adına universitetdə Azərbaycan mədəniyyətinə və tarixinə həsr edilmiş konfrans keçiriləcək. Trend in xəbər verdiyi kimi, konfrans Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndələyinin dəstəyi ilə Azərbaycan diasporunun təşəbbbüsü ilə keçirilir.
Tədbirdə Fransalı ekspertlər, Azərbaycanın Avropa Şurasındakı parlament nümayəndə heyətinin üzvü Rəfayel Hüseynov çıxış edəcək.
Qeyd edək ki, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bu cür silsilə konfransların Azərbaycanda, İranda və Türkiyədə keçirilməsi planlaşdırılır.