AŞPA-nın Cənubi Qafqazda əsirlər və itkin düşmüşlərlə iş üzrə məruzəçisi Leo Platvoyetin regiona səfərinin yekunlarına dair hazırladığı sənəd AŞPA-nın müzakirəsinə çıxarılmayıb. Azərbaycanın Avropa Şurasındakı səfiri Aqşin Mehdiyevin eksklüziv olaraq Trend ə verdiyi məlumata görə, adıçəkilən sənədə oktyabrın 5-də AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsində (Committee on Migration, Refugees and Population) baxılacaq.
A. Mehdiyev həmçinin bildirib ki, Kosovodakı vəziyyətə dair məruzə AŞPA-nın payız deyil, qış sessiyasında müzakirə olunacaq.
Diplomat habelə bildirib ki, Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov və Macarıstanın baş naziri Ferennç Dürçan Strasburqa gəlməyiblər. Onlar AŞPA-nın iclasında çıxış etməli idilər.