...

AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Azərbaycanın parlament missiyası Strasburqa yola düşür

Siyasət Materials 2 Oktyabr 2006 20:55 (UTC +04:00)

Azərbaycanın parlament missiyası Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün oktyabrın 3-də səhər Strasburqa yola düşür. Bu barədə Trend ə Milli Məclisdən məlumat verilib.

Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə deputatlar Aydın Mirzəzadə, Rəfael Hüseynov, Qənirə Paşayeva, Aynur Quliyeva, Sabir Hacıyev, Fəzail İbrahimli, eləcə də spikerin köməkçisi Ruslan İsmayılov daxildir. Deputatlar sessiyada gündəlikdə duran məsələlərin müzakirəsi zamanı çıxış edərək öz mövqelərini bildirmək niyyətindədirlər.

Nümayəndə heyəti Bakıya oktyabrın 7-də dönəcək.

Xəbər lenti

Xəbər lenti