...

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti MSK sədri ilə görüşüb

Siyasət Materials 4 Oktyabr 2006 12:18 (UTC +04:00)

Oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində müşahidə aparmaq üçün Azərbaycanda səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti oktyabrın 4-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb. Trend in məlumatına görə, görüşdə nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin vitse-prezidenti Lyudmila Firloaqa və heyətə daxil olan 10 nəfər müşahidəçi iştirak edib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Lyudmila Firloaqa bildirib ki, MSK sədri ilə səmərəli müzakirələr aparıblar. O, seçkiöncəsi vəziyyət və bələdiyyə seçkiləri ilə bağlı səsvermədən sonra daha ətraflı məlumat verəcəyini deyib: "Ümumilikdə vəziyyət tamamilə normaldır. Nə baş verəcəyini görmək üçün isə seçki gününü gözləmək lazımdır"-deyə müşahdə missiyasının rəhbəri qeyd edib.

Qeyd edək ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətinə 11 müşahidəçi daxildir.

Xəbər lenti

Xəbər lenti