...

Saat 13.00-dək seçicilərin 13,58 faizi səsvermədə iştirak edib

Siyasət Materials 6 Oktyabr 2006 13:21 (UTC +04:00)

Bu gün - oktyabrın 6-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak edən seçicilərin fəallığına dair saat 13.00-dək olan məlumat açıqlanıb. Trend in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev növbəti hesabat saatında KİV-lər üçün brifinq keçirib.

İ.Babayev bildirib ki, bu saata gədər səsvermədə ümumilikdə 109 min 348 nəfər seçici iştirak edib. Bu isə ölkə üzrə (seçki keçirilən ərazilərdə) seçicilərin ümumi sayının 13, 58 faizini təşkil edir.

Növbəti hesabat saatı 15:00-da olacaq.

Xəbər lenti

Xəbər lenti