...

İlham Əliyev Rusiya Elmlər Akademiyasının vitse-prezidentini qəbul edib

Siyasət Materials 6 Oktyabr 2006 17:37 (UTC +04:00)

Oktyabrın 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Prezident sarayında Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Aleksandr Andreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend in xəbərinə görə, görüş zamanı Prezident Azərbaycan və Rusiya elmlər akademiyalarının uğurlu əməkdaşlığını yüksək qiymətləndirib.

Prezident qonağın diqqətinə çatdırıb ki, bu əlaqələri daha da genişləndirmək və gücləndirmək lazımdır. O, Rusiya Elmlər Akademiyası nümayəndələrinin Azərbaycana səfərini bu istiqamətdə mühüm təşəbbüs kimi səciyyələndirib.

Cənab Aleksandr Andreyev iki ölkə arasında elmi əlaqələrin uğurla davam etdirildiyini, mütəmadi olaraq təcrübə mübadiləsi aparıldığını bildirib, Azərbaycanda rus dilinin itməməsini, gənclərin rus dilində sərbəst danışmasını xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti