...

Azərbaycan prezidenti Quba-Xınalıq avtomobil yolunun açılışında iştirak edib

Siyasət Materials 7 Oktyabr 2006 14:06 (UTC +04:00)
Azərbaycan prezidenti Quba-Xınalıq avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Qubadan Xınalıq kəndinə qədər avtomobil yolunun açılış mərasimində işitrak edib. Trend LİDER telekanalına istinadən xəbər verir ki, 3 ay ərzində çəkilən yolun uzunluğu 57 km, eni 8-10 metrdir. Dağ yolu 8 yaşayış məntəqəsindən keçir. Yola 14 mln. manat, 45 min ton asfalt sərf olunub. Layihə çərçivəsində 9 yeni körpü inşa edilib.

Mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, həmin yolun istismara verilməsi bir daha göstərir ki, Azərbaycanda istənilən layihəni reallaşdırmaq olar. İ.Əliyev bildirib ki, əgər ən ucqar dağ kəndlərindən biri olan Xınalıqda yol çəkilibsə, o zaman hər yerdə yol çəkmək olar və əlavə edib ki, bütün bu işlər Azərbaycan xalqının maddi rifahının artırılması üçün görülür.

Sonra prezident yeni Xınalıq sərhəd keçidinin açılışında iştirak edib. Prezident xanımı Mehriban Əliyeva ilə birgə həmçinin Qəçrəş kəndində Heydər Əliyev Fondunun vəsaitləri hesabına inşa edilmiş ümumtəhsil məktəbi ilə də tanış olmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti