...

Azərbaycan prezidenti rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib

Siyasət Materials 7 Oktyabr 2006 14:54 (UTC +04:00)

Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, dövlət başçısı rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, "Rusiya xalqının rifahı naminə prezident fəaliyyətində yeni uğurlar" arzulayıb.

V.Putin təbrikə görə Azərbaycan prezidentinə öz minnətdarlığını bildirib.

Tərəflər müxtəlif sahələrdə ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq duyduqlarını və gələcəkdə həmin münasibətlərin genişləndirilməsindən əmin olduqlarını bildiriblər. Qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti