...

Azərbaycan prezidenti və onun xanımı Quba rayonunun Qəçrəş kəndində müasir məktəb binasını açıblar

Siyasət Materials 7 Oktyabr 2006 15:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva oktyabrın 7-də Quba rayonunun Qəçrəş kəndində müasir məktəb binasının açılış mərasimində iştirak ediblər. Trend xəbər verir ki, 397 yerlik məktəbin inşasına 2005-ci ilin may ayından başlanıb.

İnşa işlərinə vəsait Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev adına Fond tərəfindən ayrılıb. Məktəb Avropa standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunub.

Oktyabrın 7-də Azərbaycan prezidenti, həmçinin Xınalıq kəndində yeni təmir edilmiş ümumtəhsil məktəbinə də baş çəkib.

Azərbaycan prezidentinin Quba rayonuna səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti