...

MSK sədri : "Beynəlxalq müşahidəçilər bəzən iradlarını şişirdirlər"

Siyasət Materials 9 Oktyabr 2006 18:25 (UTC +04:00)
MSK sədri : "Beynəlxalq müşahidəçilər bəzən iradlarını şişirdirlər"

"Avropa Şurasının Regional və Yerli Hakimiyyətlər Konqresinin müşahidiçələrinin bələdiyyə seçkiləri ilə bağlı yaydıqları press-relizdə müəammalı fikirlər yazılıb. Əgər onların müşahidə apardıqları 10 məntəqənin hamısında seçkinin nəticələri ləğv olunsa belə, bu ümumi nəticələrə təsir göstərə bilməz".

Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov bildirib.

O, Konqres müşahidiçələrinin bələdiyyə seçkiləri barədə açıqladığı rəyə münasibətini bildirib. M.Pənahovun sözlərinə görə, beynəlxalq müşahidəçilər bəzən iradlarını şişirdirlər: "Əgər onlar özləri də etiraf edirlərsə ki, müşahidə olunan qanun pozuntuları ümumi nəticələrə təsir göstərmir, o zaman bu tənqidi əhval-ruhiyyə haradandır? Avropa Şurasının müşahidiçiləri nöqsanlarla bağlı bizə hər hansı bir rəsmi məlumat verməyib və müraciət etməyiblər. Onların yaydığı press-relizdə də göstərilib ki, seçkilər sakit və normal şəraitdə keçib", -deyə MSK sədri vurğulayıb.

O, AŞ müşahidiçilərinin aşağı seçki komissiyası üzvlərinin təcrübisiz olması barədə fikirləri ilə də razılaşmayıb.

Xəbər lenti

Xəbər lenti