...

Robert Simmons: NATO və Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində əməkdaşlığı hələ ki, davam etdirirlər

Siyasət Materials 9 Oktyabr 2006 20:23 (UTC +04:00)

NATO və Azərbaycan arasında əməkdaşlıq Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində qalmaqdadır. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 9-da Bakıda keçirdiyi mətbuat konfransında NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib.

O xatırladıb ki, 2 həftə bundan qabaq NATO Şurası Gürcüstanın intensivləşdirilmiş dialoqa qoşulması ilə bağlı qərar verib. Bu, iki tərəf arasında münasibətlərin yaxınlaşmasına bir addımdır. Amma Gürcüstanın NATO-ya qoşulması NATO müttəfiqlərindən və namizəd ölkənin davranışından asılıdır, - deyə o əlavə edib.

Azərbaycan və NATO əməkdaşlığı prosesində başlıca amil Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş islahatların tətbiq olunmasıdır, - deyən R. Simmons qeyd edib ki, plan bir sıra məsələləri əhatə edən 4 fəsildən ibarətdir. Birinci fəsil ümumi islahatlara və demokratik proseslərə aiddir. İkincisi- ən vacibi isə müdafiə institutlarının və onların NATO standartlarına yaxınlaşdırılması üçün müxtəlif mexanizmlərin istifadəsini nəzərdə tutur. Üçüncü fəsil elm sahəsində əməkdaşlığı, hərbi bazaların təmizlənməsi üçün fondların yaradılması və fövqəladə vətəndaş planlaşdırmasına aiddir. Sonuncü fəsil ictimai əlaqələrə və bu sahədə şəffaflığa həsr olunub.

Xəbər lenti

Xəbər lenti