Oktyabrın 11-də Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri çərçivəsində 5 sənəd imzalanıb. Trend in xəbər verdiyi kimi, hər iki ölkənin prezidentləri İlham Əliyev və Trayan Basesku birgə bəyannamə imzalayıblar.
Həmçinin mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş, İqtisadi İnkişaf nazirlikləri arasında əməkdaşlıq haqqında saziş, ticari-iqtisadi və elmi-texniki sahələrdə əməkdaşlıq haqqında sazişə dair protokol imzalanıb. İnvestisiyaların təşviqi haqqında sazişə dair protokol da imzalanıb.