...

NATO PA regional dialoqa yardım məsələsində konstruktiv rolunu davam etdirəcək

Siyasət Materials 13 Oktyabr 2006 11:00 (UTC +04:00)
NATO PA regional dialoqa yardım məsələsində konstruktiv rolunu davam etdirəcək

Trend in NATO PA-nın müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri, yaxın vaxtlarda Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibinə daxil olan Zakari Seldonla (Zachary Selden) eksklüziv müsahibəsi

- Azərbaycana səfərinizdə məqsəd nədən ibarətdir və hansı görüşləri keçirməyi planlaşdırırsınız?

- Səfərdə məqsəd Azərbaycanda inkişafı öyrənməkdən ibarətdir. Biz Müdafiə və Xarici İşlər nazirlikləri, o cümlədən digər dövlət institutlarının rəhbərləri ilə görüşməyi planlaşdırırıq. Bundan başqa, NATO-ya üzv ölkələrin səfirləri və vətəndaş təşkilatlarının üzvləri ilə də görüşlər keçirəcəyik. Bununla yanaşı, səfərimiz NATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvləri və parlamentin müvafiq komitələrindəki həmkarlarımızla görüşməyə imkan verəcək.

- NATO PA nümayəndə heyətinin Azərbaycan, Gürcüstan və Ermənistana sonuncu səfərləri yeni regional məruzənin hazırlanmasına və Assambleyanın payız sessiyasında təqdim olunmuş əvvəlki hesabatınıza dəyişikliklər edilməsinə səbəb ola bilərmi?

- Biz bu səfərdən əldə etdiyimiz məlumatlar əsasında məruzəni təzələyəcəyik və son variant dekabrda açıqlanacaq.

- İyun ayında NATO nümayəndəsi Vahid Erdemin Ermənistana səfəri zamanı baş verənlərə bənzər hadisələrin təkrarlanmaması üçün rəsmi İrəvana qarşı sanksiyalar tətbiq olunubmu?

- Assambleyanın sədri Ermənistan parlamenti spikerinin diqqətini bu məsələyə yönəldib. Gələcəkdə bu məsələ ilə bağlı başqa heç bir addım atılmayacaq.

- NATO PA Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi yardım göstərə bilər?

- Parlament Assambleyası maraqlı tərəflər arasında danışıqları təşviq edərək, bu işdə konstruktiv rolunu davam etdirəcək. Məsələn, biz regional dialoqa yardım məqsədilə bu ilin iyun ayında Soçidə (Rusiya) Rose-Roth seminarı təşkil etmişdik. İstənilən regional münaqişənin həllinə region ölkələri və xalqları arasında dialoq və konsensus vasitəsilə nail olmaq çox vacibdir.

Bizim rolumuz dialoqa yardım etməkdən və NATO PA üzvlərinə regionda həmkarları ilə fikir mübadiləsi aparmaq üçün şərait yaratmaqdan ibarətdir. Biz müzakirələrin aparılması üçün daha böyük şərait yaratmaq məqsədilə 2007-ci ildə regionda əlavə seminarlar keçirməyi planlaşdırırıq.

-Bakıya səfərləri zamanı NATO rəhbərləri qeyd edib ki, Azərbaycanın Avroatlantik alyansa üzv olması üçün yol açıqdır. Fikrinizcə, Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı necə həyata keçirilir? Bu sənədə dəyişikliklər etməyə ehtiyac varmı?

- Biz təsdiq edirik ki, Avroatlantik inteqrasiyaya aparan yol Transatlantik alyansın üzvü olmaq istəyən və onun dəyərlərinə şərik olan hamı üçün açıq qalmalıdır. Tərəfimizdən Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planını şərh etmək tez olardı. Belə ki, əsas məqsədlərimizdən biri planın Azərbaycanda gerçəkləşdirilməsi barədə məlumat almaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti