...

Seçki Monitorinq Mərkəzi bələdiyyə seçkiləri ilə bağlı rəyini açıqlayıb

Siyasət Materials 13 Oktyabr 2006 17:13 (UTC +04:00)

Seçki Monitorinq Mərkəzi 6 oktyabr 2006-cı ildə Azərbaycanda 603 bələdiyyə üzrə keçirilmiş təkrar, əlavə, yeni və ilk seçkilərin müşahidələrinin nəticələrinə dair rəyini açıqlayıb. Trend in məlumatına görə, bu barədə oktyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat kofnransında açıqlama verilib.

6 oktyabrda SMM 9 bölgə nümayəndəliyi vasitəsilə 40 seçki dairəsində daha rəqabətli və əhəmiyyətli saydığı 146 bələdiyyəyə seçkilərin qısamüddətli müşahidəsini həyata keçirib. SMM seçkilərin əsasən 2 mərhələsini - seçkiqabağı və seçki günü dövrünün monitorinqini aparıb.

Seçki günü SMM 40 seçki dairəsi üzrə 273 seçki məntəqəsində 212 nəfər müşahidəçi ilə seçki məntəqlərinin açılmasını, səsvermənin təşkili və səslərin sayılması prosesini müşahidə edib.

SMM bildirir ki, məntəqələr səsvermənin keçirilməsi üçün texniki imkanlara malik olmuş və səsvermə qanunla müəyyən olunmuş vaxtda başlanıb, müşahidəçilərin məntəqələrə buraxılmasında qanun pozuntuları qeydə alınmayıb. Lakin həm seçkiqabağı, həm də seçki günü əsasən yerli icra hakimiyyəti nümayəndələrinin prosesə müdaxiləsi, aşağı seçki komissiyalarının birtərəfli fəaliyyəti müşahidə olunub. SMM hesab edir ki, 6 oktyabr seçkiləri zamanı Azərbaycan qanunvericiliyi və beynəlxalq standartların tələbləri pozulub.

SMM qeyd edib ki, bələdiyyə seçkilərində seçki kampaniyası sönük və rəqabətsiz şəraitdə keçib. 51 məntəqədə yerli hakimiyyət nümayəndələri və polisin müdaxiləsi, 93 məntəqədə namizədlərin səsverməyə xüsusi qruplar halında seçijilər gətirməsi, 20 məntəqədə namizədlərin xeyrinə təşviqat aparılması digər pozuntula müşahidə edilib. SMM-nin rəyinə görə, seçkilərdə seçici fəallığı aşağı olub.

Qeyd edək ki, 5 ildir ki, fəaliyyət göstərən SMM 17 ölkədən 19 QHT-ni birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür.

Xəbər lenti

Xəbər lenti