...

Milli Məclisdə Fransa parlamentinə etiraz bəyanatı qəbul olunub

Siyasət Materials 13 Oktyabr 2006 17:21 (UTC +04:00)

Milli Məclisin oktyabrın 13-də keçirilən növbəti toplantısında Fransa parlamentinə etiraz bəyanatı qəbul olunub. Trend xəbər verir ki, bəyanat oktyabrın 12-də Farnsa parlamentinin milli assambleyasında qəbul edilən qondarma "erməni soyqrımı" ilə bağlı məlum qanun layihəsinə etiraz xarakteri daşıyır.

Etiraz bəyanatında Fransa parlamentinin bu qərarı pislənilib və bunun Avropa dəyərlərinə, insan haqlarına və demokratiyaya zidd olduğu göstərilib.

Qeyd edək ki, etiraz müraciəti Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə yaradılan komissiya tərəfindən hazırlanıb. Onu da bildirək ki, Milli Məclis oktyabrın 10-da keçirilən iclasında da Fransa parlamentinə belə bir müraciət ünvanlamışdı.

Xəbər lenti

Xəbər lenti