...

GTMŞ "Yoxsulluqla mübarizəyə qlobal çağırış" milli koalisiyası çərçivəsində avtoyürüş həyata keçirir

Siyasət Materials 16 Oktyabr 2006 12:38 (UTC +04:00)

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) Böyük Britaniyanın "OXFAM" Beynəlxalq Huramnitar Təşkilatı ilə birgə yaradılan "Yoxsulluqla mübarizəyə qlobal çağırış" milli koalisiyası çərçivəsində 15-17 oktyabr arasında Bakı, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, İmişli, Saatlı Bakı murşrutu üzrə avtoyürüş həyata keçirəcək. Bu barədə Trend ə GTMŞ mətbuat katibi Heydər Atayev bildirib.

Avtoyürüş "Ana və uşaq ölümünün azaldılması", "İlkin səhiyyə xidmətlərinin yüksəldilməsi" və "Yoxsulluğun azaldılması" şüarları altında həyata keçiriləcək. Avtoyürüş çərçivəsində yuxarıda adları çəkilən rayon və şəhərlərin icra hakimiyyətlərinin qarşısında sakinlərin, gənclərin və yerli icra strukturlarının məsul şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

GTMŞ 1995-ci ildən fəaliyyət göstərən və ətrafında 64 uşaq və gənclər təşkilatını birləşdirən yeganə gənclər platformasıdır.

Xəbər lenti

Xəbər lenti