...

AMİP sədri ABŞ-ın Azərbaycandakı səfirinin müşaviri ilə görüşüb

Siyasət Materials 16 Oktyabr 2006 15:50 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov oktyabrın 16-da ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Rebeka Naslindlə görüşüb. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri müzakirə olunub. Tərəflər Azərbaycanda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasından, KİV-lərə təzyiqlərdən narahatlıqlarını bildiriblər.

Görüşdə həmçinin təkrar bələdiyyə seçkilərinə də toxunulub. Ayaz Rüstəmov həmçinin bildiib ki, AMİP-in əsas hədəfləindən biri də Dağlıq Qarabağ probleminin ədalətli həllinə, bütöv Azərbaycan qurulmasına nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti