...

Səfir: Polşa Senatının spikeri noyabrda Bakıya gələcək

Siyasət Materials 16 Oktyabr 2006 17:19 (UTC +04:00)

Polşa Senatının spikeri Boqdan Boruseviçin Bakıya səfərinə hazırlıq işləri davam edir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib. O, səfərin nəzərdə tutulduğu kimi, noyabrın 8-də başlayacağını bildirib.

Səfir qeyd edib ki, səfərdə məqsəd noyabrın 8-10-da Bakıda keçiriləcək Birinci Polşa Milli Sərgisində iştirak etməkdir. Sərgidə iştirak etmək üçün yeyinti sənayesi, ticarət, tikinti, plastik kartlar, aksiz markaları, şüşə qablar, maşın və mülkü mənaye üçün avadanlıqlar, vertolyot, mebel istehsalı, neft, qaz və su sahələrində xidmət və sair sahələri təmsil edəcək 50 şirkətin nümayəndələri gələcəklər.

Səfər çərçivəsində Polşa nümayəndə heyəti Azərbaycan rəhbərliyi, xüsusən, prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, iqtisadi inkişaf naziri Heydər Babayev və başqaları ilə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti