...

İsrailin "Maqen David Adom" təşkilatı üzvlərinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 17 Oktyabr 2006 12:58 (UTC +04:00)

Bu gündən İsrailin "Maqen David Adom" (hərfi mənası - Davidin Qırmızı Qalxanı və yaxud Davidin Qırmızı Ulduzu) milli təcili tibbi yardım təşkilatı üzvlərinin Azərbaycana iki günlük səfəri başlayıb. İsrailin Azərbaycandakı səfirliyindən Trend-ə verilən xəbərə görə, təşkilatın İcraçı Komitəsinin prezidenti Noam Yifraxın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün ilk görüşünü İsrailin Azərbaycandakı səfiri Artur Lenklə keçirəcək. Daha sonra isə "Maqen David Adom" (MDA) təşkilatının nümayəndələri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovla görüşərək, ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, MDA-nın əsası 1930-cu ildə qoyulub. Əvvəlcə yalnız Təl-Əviv əhalisinə xidmət göstərib. Hazırda isə İsrailin 6 bölgəsində 95 məntəqəsi fəaliyyət göstərən MDA beynəlxlaq orientasiyaya da malikdir. Əgər təşkilatın 1931-ci ildə xidmət göstərdiyi insanların sayı cəmi 1032 nəfər təşkil edirdisə, bu gün MDA-nın xidmətindən yarım milyondan artıq insan istifadə edir. MDA həmçinin İsrailin "qan bankı" (donorluq) funksiyasını yerinə yetirir. Maqen David Adom 2006-cı ilin iyun ayında Beynəlxalq Qırmızı Xaç təşkilatı tərəfindən rəsmən tanınıb, eləcə də Beynəlxalq Qırmızı Xaç Federasiyası və Qızıl Aypara Cəmiyyətlərinin üzvüdür.

Xəbər lenti

Xəbər lenti