...

Prezident: Belarus istənilən məsələ üzrə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır

Siyasət Materials 17 Oktyabr 2006 15:19 (UTC +04:00)

"Belarus istənilən məsələ üzrə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Bir çox digər qardaş ölkələr kimi Azərbaycan üçün də qapalı mövzu yoxdur". Trend BELTA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdə bildirib.

Aleksandr Lukaşenko əminliklə bildirib ki, Azərbaycan prezidentinin Belarusa indiki rəsmi səfəri ikitərəfli əməkdaşlıq üçün yeni perspektivlər açacaq.

Danışıqlardan sonra geniş tərkibdə təkbətək danışıqlar baş tutacaq və danışıqların yekunu üzrə bir sıra ikitərəfli sazişlərin imzalanacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti