...

Kasımjomart Tokayev: Avrasiyanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan və Qazaxıstanın əhəmiyyəti ilbəil artır

Siyasət Materials 21 Oktyabr 2006 11:10 (UTC +04:00)
Kasımjomart Tokayev: Avrasiyanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan və Qazaxıstanın əhəmiyyəti ilbəil artır

Bütün Avrasiya məkanının qlobal enerji təhlükəsizliyinin və nəqliyyat potensialının inkişafının təmin olunmasında Azərbaycan və Qazaxıstanın əhəmiyyəti ilbəil artır. Trend in Astanadakı xüsusi müxbirinin məlumatına görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Kasımjomart Tokayev Astanada Azərbaycanın müstəqillik günü münasibətilə səfirlikdə təşkil olunmuş qəbulda çıxışı zamanı bildirib.

"Əminəm ki, prezidentlərimiz arasında əldə olunmuş razılaşmalar xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq", - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, "Poti-Bakı-Aktau-Almatı" dəmir yolunun işə salınması, su və hava infrastrukturlarının inkişafı sahəsində uğurlu əməkdaşlıq, Aktau-Bakı-Tiflis-Ceyhan enerji nəqli sisteminin yaradılması, Bakıda Qazaxıstan taxılı üçün taxıl terminalının yaradılması ikitərəfli münasibətlərin yüksək keyfiyyətli yeni səviyyəyə çatdırılmasına yönəlmiş konkret nailiyyətlərdir".

Nazir qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya perspektivli layihələrin və birgə təşəbbüslərin gerçəkləşdirilməsinin daha bir təsirli mexanizmlərindəndir.

"Ölkələrimiz təhlükəsizlik və iqtisadi inteqrasiya ilə bağlı aktual məsələlərə ümumi yanaşmaları paylaşaraq, müxtəlif beynəlxalq və regional təşkilatlarda uğurlu qarşılıqlı fəaliyyət göstərir. Əminəm ki, dövlətlərarası qarşılıqlı fəaliyyətin inkişafı xalqımızın gələcək rifahına xidmət edəcək".

Qeyd edək ki, Astanada Azərbaycanın müstəqillik günü münasibətilə təşkil olunmuş qəbulda respublikada akkreditə olunmuş bütün diplomatik korpus və missiyaların rəhbərləri, hökumət və parlament üzvləri iştirak edib.

Qəbul zamanı ölkəmizin Qazaxıstandakı səfiri Lətif Qəndilovun qızı milli geyimdə Azərbaycan rəqsini ifa edib.

Xəbər lenti

Xəbər lenti