...

ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlı gənclərin forumu keçirilib

Siyasət Materials 26 Oktyabr 2006 16:09 (UTC +04:00)

ABŞ-ın Los-Anceles şəhərinin Kaliforniya Universitetində (UCLA) Amerikanın Azərbaycanlı gənclərinin ilk illik forumu keçirilib. Trend in məlumatına görə, tədbir Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun dəstəyilə Kaliforniyanın Amerika-Azərbaycan Şurası (AACC) tərəfindən təşkil olunub.

Tədbirin əsas iştirakçıları ABŞ-ın azərbaycanlı icmasının gənc liderləri olublar. Həmin Forumda Azərbaycandan Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurasının üzvləri Eldar Cahangirov və Mərdan Əfəndiyev də iştirak ediblər. Forumun leytmotivi ABŞ-da ölkəmizin müsbət imicinin yaradılması və Azərbaycanın milli maraqlarının yayılması naminə cəhdlərin konsolidasiyası olub. Bununla yanaşı geosiyasət, energetika, iqtisadiyyat, mədəniyyət və təhsil məsələləri də müzakirə obyekti olub. Forum mədəni proqramla başa çatıb.

DİP-in Siyasi Şurasının üzvü Eldar Cahangirovun sözlərinə görə, bu tədbir peşəkar səviyyədə təşkil olunub: "Mən çox şadam ki, təşkilatçılar ABŞ-ın bütün ştatlarından olan Azərbaycan diasporunun gənc, istedadlı və bacarıqlı liderlərini bir araya gətirə bildilər".

Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Elin Süleymanov isə tədbirlə bağlı bildirib ki, bu Forumun keçirilməsi və ümumilikdə Azərbaycan diasporunun möhkəmləndirilməsi Azərbaycanın beynəlxalq münasibətlərdəki artan rolunu göstərir.

Xəbər lenti

Xəbər lenti