...

Araz Əlizadə: "Azərbaycan müxalifəti həmişə ambisiyalarının qurbanı olub"

Siyasət Materials 26 Oktyabr 2006 16:28 (UTC +04:00)

Özünü demokrat adlandıran Azərbaycan müxalifəti həmişə ambisiyalarının qurbanı olub. Bu barədə Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə 2008-ci il prezident seçkilərini boykot etmək barədə fikirləşən bəzi müxalifət qüvvələrinin mövcud durumuna münasibət bildirərkən qeyd edib.

A.Əlizadə onu da qeyd edib ki, 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəklər: "Amma prezident seçkilərinə start vermək mənə elə gəlir ki, taktiki cəhətdən səhvdir". ASDP sədri vurğulayıb ki, müxalifətin bu seçkilərdə vahid namizədi olmayacaq. "Bizim isə lazımi qədər səviyyəmiz, gücümüz var ki, öz namizədimizlə iştirak edək".

ASDP sədri müxalifətin bəzi qüvvələrinin növbəti prezident seçkilərini boykot edəcəyi ilə bağlı mövqelərinə də münasibət bildirib. Qeyd edib ki, bu seçim onlara heç bir uğur gətirməyəcək. A.Əlizadə onu da bildirib ki, Azərbaycan siyasətçilərinin, özünü sağ demokratik müxalifət adlandıran qüvvələrin ən böyük dərdi ondan ibarətdir ki, onlar indiyədək həmişə ambisiyalarının qurbanı olublar: "Bu partiyaların liderlərinin hər biri belə bir fikirlə yaşayır ki, dünya, yer kürəsi onun ətrafında fırlanır".

Müxalif ASDP 1990-cı illərdə yaradılıb. Partiyanın həmsədrlərindən biri 1990-cı ildən Moskvada mühacir olan eks-prezident Ayaz Mütəllibovdur. Partiya "Sosinter"nin üzvüdür.

Xəbər lenti

Xəbər lenti