...

Noyabrda Vətəndaş və İnkişaf Partiyasının 53 bölgə təşkilatı təsis olunacaq

Siyasət Materials 27 Oktyabr 2006 13:34 (UTC +04:00)

Noyabr ayında Vətəndaş və İnkişaf Partiyasının (VİP) bölgə təşkilatlarının təsis olunmasına başlanılacaq. Bu barədə Trend ə VİP-in sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, noyabrda 53 rayonda yerli təşkilatın təsis konfransı keçiriləcək. Ə.Əliyevin sözlərinə görə, artıq bir neçə bölgədə yerli nümayəndələr təsis konfransına hazırlıq işlərini başa çatdırıblar. Ə.Əliyev qeyd edib ki, Vətəndaş və İnkişaf Partiyasının təsis qurultyında 51 rayonu təmsil edən təşkilat komitələri iştirak edib, gələn ay 53 yerli təşkilat təsis olunacaq, lakin gələcəkdə bu prosesin davam etdirilməsi və yerli strukturların əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.

Əli Əliyev həmçinin yaxın zamanda özünün müavinini təyin edəcək.

Qeyd edək ki, 2006-ci ilin iyununda VİP-in təsis qurultayı keçirilib. Partiya hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun dörd üzvündən biridir.

Xəbər lenti

Xəbər lenti