Oktyabrın 30-u - noyabrın 1-də ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi ölkənin cənub rayonlarına səfər edəcək. Bu barədə Trend ə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik məlumat verib.
Diplomat Salyan, Cəlilabad, Masallı və Lənkəran rayonlarına səfər etmək niyyətindədir. Səfər respublika bölgələrinin sosial-iqtisadi inkişafı ilə tanışlıq xarakteri daşıyacaq.
Səfər proqramında bu rayonlarda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi çərçivəsində həyata keçirilən layihələrlə tanışlıq da nəzərdə tutulur.