...

Bakıda Azərbaycan-Gürcüstan münasibətlərinin perspektivləri müzakirə olunacaq

Siyasət Materials 30 Oktyabr 2006 15:01 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Moskvaya gedərkən yolüstü oktyabrın 31-də qısamüddətli səfərlə Bakıda olacaq. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyinin müşaviri Aleksandr Axvediani bildirib.

Gürcüstanın XİN başçısı Bakıya səhər gələcək. Qısamüddətli səfər proqamına Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ola bilsin ki, prezident İlham Əliyevlə görüşlər daxildir.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin perspektivləri, regional əməkdaşlıq, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tərəflər noyabrın 1-2-də Moskvada keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası və noyabrda Minskdə planlaşdırılan MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası ərəfəsində mövqelərini tutuşduracaqlar.

Oktyabrın 31-i axşam G. Bejuaşvili Bakıdan Moskvaya yola düşəcək. Burada noyabrın 1-2-də QİƏT ölkələrinin XİN başçılarının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti