"İrəli" Ümumrespublika Gənclər Hərəkatı oktyabrın 31-də Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasiminin 3-cü ildönümü münasibətilə "3 il - Uğur. İnkişaf. Tərəqqi" devizi altında yürüş keçirib. Trend xəbər verir ki, təşkilatın min nəfərə yaxın üzvü və tələbələr Məşədi Əzizbəyov abidəsinin yanından Parlament prospekti ilə irəliləyərək, Fəxri xiyabana gəlib, eks-prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.
Daha sonra hərəkatın üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Sonra gənclər Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.