...

Ümid Partiyası noyabrın 18-də Nərimanov kinoteatrı qarşısındakı meydanda mitinq keçirəcək

Siyasət Materials 1 Noyabr 2006 16:14 (UTC +04:00)

Ümid Partiyası bir sıra poblemlər, o cümlədən son zamanlar mətbuata təzyiqlələ bağlı kütləvi etiraz aksiyalarına başlayır. Bu barədə Trend ə Ümid Partiyasından məlumat verilib.

Partiyanın qərarına əsasən, noyabrın 18-də saat 15.00-dan 17.00-dək "Elm, təhsil və səhiyyə işçilərinin əmək haqları 2,5 dəfə artırılsın", "İqtisadi monopoliyaya və süni bahalaşmaya son qoyulsun", "müstəqil mətbuata qarşı təzyiqlər dayandırılsın" tələbləri ilə Bakının Nərimanov rayonu ərazisində yerləşən N.Nərimanov adına kinoteatrın qaraşısında mitinq keçiriləcək. Mitinqə hazırlıqla bağlı təşkilat komitəsi yaradılıb.

Xatırladaq ki, müxalifəti təmsil edən Ümid Partiyasının sədri millət vəkili İqbal Ağazadədir. Partiya Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində təmsil olunur.

Xəbər lenti

Xəbər lenti