...

Yaponiya yeni baş nazirinin Azərbaycana səfəri ilə bağlı məsələ müzakirə olunub

Siyasət Materials 2 Noyabr 2006 13:19 (UTC +04:00)

Yaponiyanın yeni baş naziri Sinzo Abenin Bakıya səfəri məsələsi Tokioda Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseynin yeni təyin olunmuş iqtisadiyyat, ticarət və sənaye naziri Akira Amari ilə görüşündə müzakirə olunub. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Yaponiya XİN başçısı Taro Asonun Bakıya, o cümlədən Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun Tokioya səfərləri ilə bağlı məsələ də müzakirə mövzusu olub. Yaponiyanın hakim Liberal Partiyasının enerji siyasəti komitəsinin sədri olan nazir Azərbaycanda həyata keçirilən enerji siyasəti işində BTC neft kəmərinin əhəmiyyətini qeyd edib.

Səfir A.Amarini təyinatı münasibətilə təbrik edib və Azərbaycanın iqtisadi inkişaf nazirinin adından onun Bakıya rəsmi səfər etmək dəvətini çatdırıb. Tərəflər noyabrın 21-23-də Bakıda keçiriləcək Azərbaycan-Yaponiya hökumətlərarası komissiyasının növbəti iclasının gündəliyini müzakirə edib.

Eyni zamanda Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının həmsədri olan Akira Amari bildirib ki, Yaponiya tərəfdən qurum üzvlərinin sayı 30-dan 50-yə çatıb. Bu, Azərbaycana marağın artması deməkdir.

Xəbər lenti

Xəbər lenti