...

"Azərenerji" SC-nin prezidenti: AzİES-in yenidənqurulmasından sonra Azərbaycan 250 mln. ABŞ dollarına qədər qənaət edəcək

Siyasət Materials 2 Noyabr 2006 14:47 (UTC +04:00)
"Azərenerji" SC-nin  prezidenti: AzİES-in yenidənqurulmasından sonra Azərbaycan 250 mln. ABŞ dollarına qədər qənaət edəcək

İstismar illəri ərzində Mingəçevirdəki Azərbaycan İES-in əsas avadanlığı fiziki və mənəvi cəhətdən kifayət qədər köhnəlib, texniki cəhətdən tamamilə yenilənmə vaxtı gəlib çatıb. Rusiyanın "Güc maşınları" şirkəti ilə birgə bu ilin mart ayında tamamlanmış 5-ci enerji blokunun müasirləşdirilməsi üzrə pilot layihə onun məhsuldarlığını 33-340 MVt-a qədər artırmağa imkan verdi və göstərdi ki, köhnə qurğularda müasir avadanlığın tətbiqi həm spesifikasiyanın müəyyən etdiyi gücə çatmağa, həm də istehsal həddini artırmağa imkan verəcək. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyev AzİES-in yenidənqurulması üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kredit sazişinin imzalanması mərasimində bildirib.

E.Pirverdiyevin sözlərinə görə, imzalanmış müqavilə 150-152 mln. ABŞ dolları həcmində qiymətləndirilir. Bunun 115 mln. ABŞ dollarını Azərbaycan, qalan hissəsini isə "Azərenerji" verəcək. Stansiyanın yenidənqurulması 800 min tona qədər mazuta qənaət etməyə imkan verəcək, bu isə indiki qiymətlə 240-250 mln. ABŞ dolları deməkdir.

Enerji bloklarının yenidənqurulması üzrə işlərin gələn ilin birinci rübündə başlanması planlaşdırılır. Bunun üçün məsləhətçi seçmək, tender keçirmək və baş podratçını müəyyən etmək lazımdır.

Əvvəl bu layihə üzrə məsləhətçi qismində çıxış edəcək şirkət bank tərəfindən müəyyən və təsdiq olunub. Mingəçevirdə Azərbaycan İES-in yenidənqurulması layihəsi çərçivəsində məsləhətçi xidmətlərinin göstərilməsi üçün tenderin qalibi TEPSCO və Fichtner Yaponiya-Almaniya şirkətlər alyansı olub.

Məsləhətçi layihə üzrə texniki spesifikasiya hazırlayır və İES-in yenidənqurulması üzrə podratçıların tender təklifləri buna əsaslanacaq, eləcə də baş podratçının müəyyənləşdirilməsi üçün tenderi təşkil edəcək və keçirəcək.

Məsləhətçi seçimi üzrə tenderdə iki şirkətlər alyansı - Almaniyanın DECON və Vattenfall və Yaponiya-Almaniya TEPSCO və Fichtner şirkətlər alyansı iştirak edib.

80-ci illərdə tikilmiş AzİES Azərbaycanda ən böyük elektrik stansiyasıdır. O, hər biri 300 MVt gücə malik 8 enerji blokundan ibarətdir, lakin avadanlıqlar köhnəldiyindən stansiyanın istehsalat gücü aşağı düşüb. Bu il "Azərenerji" Rusiyanın "Güc maşınları" şirkəti ilə birgə beşinci enerji blokunun yenidənqurulmasını həyata keçirib və bu, onun gücünü 330-340 MVt-a çatdırmağa imkan verib.

Elektrik stansiyasının yenidənqurulma layihəsinə yeddi enerji blokunun, suburaxıcı sistemin və tüstü borusunun müasirləşdirilməsi daxildir. Əvvəllər AYİB ilə danışıqlar aparılıb, lakin Azərbaycanı kreditin verilmə şərtləri qane etməyib. Lakin Avropa bankının prezidenti Jan Lemyerin Azərbaycana səfərindən sonra bank öz şərtlərini geri götürüb və kredit üzrə danışıqlar davam etdirilib.

Xəbər lenti

Xəbər lenti