...

Nazir: Azərbaycan və İranın sərhəd polisi informasiya mübadiləsi etməlidir

Siyasət Materials 3 Noyabr 2006 19:10 (UTC +04:00)
Nazir: Azərbaycan və İranın sərhəd polisi informasiya mübadiləsi etməlidir

İran narkotiklərə qarşı kampaniyanın keçirilməsində öz təcrübəsi ilə bölüşməyə hazırdır. Trend İRNA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü narkotiklərə qarşı kampaniya qərargahının baş katibi Fəda Hüseyn Maliki məlumat verib.

"İran narkotiklərə qarşı kampaniyada Azərbaycanla əməkdaşlığa hazırdır", - deyə Maliki Azərbaycanın daxili işlər naziri Ramil Usubovla görüşündə bildirib.

Maliki əlavə edib ki, beynəlxalq qaçaqmalçıların məharətlə maskalanması müvafiq informasiya və bu fenomenə qarşı təcrübə mübadiləsi vasitəsilə səylərin birləşdirilməsini tələb edir.

Qərb ölkələrinin Əfqanıstandakı hərəkətlərini tənqid edən Maliki bildirib ki, təəssüf ki, Əfqanıstanda qərb ölkələrinin olması narkotik istehsalının artmasına səbəb olub.

Ramil Usubov öz növbəsində qeyd edib ki, hər iki ölkənin sərhəd polisi informasiya mübadiləsi etməlidir və bu hallarda əməkdaşlığın genişləndirilməsi zəruridir.

Xəbər lenti

Xəbər lenti