...

Mingəçevir su anbarı ərazisində baş vermiş sürüşmənin monitorinqi başa çatıb

Siyasət Materials 14 Noyabr 2006 12:34 (UTC +04:00)

Mingəçevir su anbarı ərazisində monitorinq aparmış ekspert- geofiziklərdən ibarət qrup noyabrın 14-də Bakıya qayıdır. Bu barədə Trend ə Mingəçevir Su Elektrik Stansiyasının direktoru Surəddin Şamilov məlumat verib.

Xatırladaq ki, 28-30 oktyabr tarixlərində su anbarı ərazisində güclü leysan nəticəsində sürüşmə baş verib. Nəticədə anbarın bir sıra qurğuları üçün ciddi təhlükə yaranıb. Noyabrın 6-da Azərbaycan prezidenti Mingəçevir su anbarının qərb hissəsində, Bozdağ ərazisində sürüşmənin nəticilərinin aradan qaldırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə hökumət komissiyası yaradılıb. Azərbaycan hökuməti baş nazirinin müavini, fövqəladə hallar üzrə dövlət komissiyasının sədri Abid Şərifov komissiyanın başçısı təyin olunub. Komissiyaya su anbarı qurğuları üçün yaranmış təhlükənin aradan qaldırılması üçün lazımi tədbirlər görmək, layihə-smeta sənədlərini hazırlamaq tapşırılıb.

S.Şamilov qeyd edib ki, sürüşmədən sonra ərazidə heç bir dəyişiklik müşahidə olunmayıb. O bildirib ki, yaxın vaxtlarda Respublika Geologiya İnstitutunun ekspertləri rəy hazırlayacaq. Daha sonra isə gələcək fəaliyyət müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti