"Mən Qarabağdakı referendumu referendum hesab etmirəm. Özünə hörmət edən heç bir ölkə onu tanımayacaq". Trend xəbər verir ki, bu barədə noyabrın 15-də jurnalistlərə Azərbaycan Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində dekabrın 10-na təyin olunmuş referendumu şərh edərkən məlumat verib.
Spiker bildirib ki, noyabrın 16-17-də MDB ölkələri parlament başçılarının Sankt-Peterburqdakı görüşü çərçivəsində "Qafqaz dördlüyü" parlament başçılarının görüşünün keçirilməsi planlaşdırılır. "Azərbaycan MDB-də münaqişə edən ölkələrin olmamasının tərəfdarıdır. Bu məqsədlə bu münaqişələrdə günahkar olan ölkələrə təzyiq etmək üçün MDB ölkələrinin güc və təcrübəsindən istifadə etmək lazımdır", - deyə O.Əsədov vurğulayıb.